Testlərin son gününün səhər sessiyası başa çatıb

Komandalar testlərin son gününə sıralanma turu rejimində işləyərək başlayıblar.

F-1.az xəbər verir ki, artıq yeddinci dəqiqədə Peresin maşınına quraşdırılmış aerodinamik sensorlardan biri düşdüyü üçün sessiya qırmızı bayraqlarla saxlanılıb. Marşallar yolu təmizlədikdən sonra yaşıl işıqlar yanıb.

Piastri 9-cu döngədə yerində fırlansa da, hərəkətini davam etdirə bilib. Lakin sonra boksa gəlib və ön qanadın montajındakı problemlərə görə xeyli vaxtı boş keçirməli olub. McLaren maşının bu hissəsindən əziyyət çəkir, amma ilk yarışa qədər problemlərin həll olunacağını deyirlər.

Ferrari-nin maşını dünən çox yırğalanıb, bu gün isə problem arxa qanadla bağlı olub. Komanda yenidən qanadın əvvəlki versiyasına qayıtmalı olub.

Sessiyanın bitməsinə bir saat qalmış qırmızı bayraqlar yenidən peyda olub – Valtteri Bottas ötürmələr qutusunun beşinci pillədə ilişməsinə görə səkkizinci döngədə dayanmalı olub.

Şarl Lekler 1:31.024-lik dövrə ilə nahara qədər ən sürətli sürücü olub. Günün ikinci hissəsində bizi daha yaxşı dövrəvi nəticələrin gözləyəcəyini əminliklə deyə bilərik.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*