F-1.az xəbər verir ki, testlərin hələ 10-cu dəqiqəsində qırmızı bayraqlar dalğalandırılıb – Druqoviç AMR23-ü güc qurğusundakı problemə görə saxlamalı olub və maşın təxliyə edilib. Fasilə yarım saat davam edib. Gənc sürücü daha sonra proqramını davam etdirib və 40 dövrə vura bilib.
Güc qurğuları eyni qalsa da, yeni maşınlar daha etibarlı görünür – artıq nahara qədər 3 sürücü 70-dən çox dövrə vurub. Ən çox məsafəni qət edən Elbon olub – 74 dövrə.
Nahara qədər ən sürətli nəticəyə isə Maks Ferstappen imza atıb – 1:32.959. Lakin bu, çox da əhəmiyyət daşımır. Testlər 1 saatlıq fasilədən sonra yenidən davam edəcək…