Testlərin ikinci gününün səhər sessiyası başa çatıb

Dünən diqqətlər daha çox aerodinamikaya yönəldilmişdisə, bu gün komandalar daha çox Bəhreyn Qran Prisinə gətiriləcək təkərlərlə işləməyə üstünlük veriblər.

F-1.az xəbər verir ki, test gününün ilk hissəsi sakit keçib. Həmilton cüzi zədəyə görə boksa qayıtmalı olub, Tsunodanın maşınından bir neçə parça qopub, Sayns isə əyləcləri bloklayıb.

Komandalar həm də pit-stoplar üzərində də işləyiblər. Nahara yaxın isə hamı sliklərə keçib. On sürücüdən səkkizi yarış məsafəsindən çox yol qət edib.

Sonlara yaxın FİA-nın yeni istifadəyə başladığı proqram təminatının sınaqdan keçirilməsi üçün əvvəlcə Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib, daha sonra isə qırmızı bayraqlar dalğalanıb və sürücülərə yerlərindən start almaları tapşırılıb.

Hələ ki, ən sürətli nəticə Karlos Saynsdadır – 1:32.486.

Testlər nahardan sonra davam edəcək. Yeddi komandanın heyətində dəyişiklik olacaq…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*