Testlərin gedişinə hava şəraiti mane olmayacaq

Son illərdə mövsümdən əvvəl yalnız iki dördgünlük test sessiyası keçirilir - bundan sonra maşınlar Melburna göndərilirlər, ona görə də mövsümöncəsi testlərin hər bir günü olduqca vacibdir.

F-1.az bildirir ki, pis hava şəraiti və ya nasazlıq üzündən vaxt itkisini kompensə etmək çox çətin olur, amma bu dəfə meteoroloqlar komandaları sevindiriblər.

Test günlərinə verilən hava proqnozu yalnız testlərin ilk gününə 10% ehtimalla yağış vəd edir. Səhərlər hava soyuq olsa da (+5-7 dərəcə), günorta havanın +14-15 dərəcəyədək qızması gözlənilir – Barselonada əsl bahar havasıdır.

Testlər bazar ertəsi başlayacaq – sürücülər 4 gün işlədikdən sonra kiçik fasilə elan olunacaq, fevralın 26-da isə bir daha Barselonada toplaşacaqlar. Mövsümün ilk yarışı isə martın 17-də Melburnda baş tutacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*