Testlərdə sürücülərin iş qrafiki

Sabah Barselonada yeni mövsümün ilk test sessiyası start götürəcək, ona görə də komandalar test günlərində hansı sürücülərlə işləyəcəklərini açıqlayıblar.

F-1.az bildirir ki, Mercedes, Renault və Williams komandaları bütün test günlərini iki sürücü ilə işləyəcəklər – maraqlıdır ki, digər iki komandadan fərqli olaraq, Williams komandası ehtiyat sürücüsünü də qrafikə daxil edib, amma yəqin ki, yeni maşının testlərə gecikməsi qrafikin dəyişməsinə səbəb olacaq. Haas komandası ilk iki günü əsas sürücüləri ilə işləsə də, son iki günü yarı bölərək ehtiyat sürücüsü ilə çalışmağı qərara alıb. Yerdə qalan 6 komanda yalnız əsas sürücüləri ilə işləyəcək.

Mövsümöncəsi testlərin ilk dördgünlük sessiyasında sürücülərin iş qrafiki

Komanda 18 fevral 19 fevral 20 fevral 21 fevral
Mercedes Bottas/Həmilton Həmilton/Bottas Bottas/Həmilton Həmilton/Bottas
Ferrari Fettel Lekler Fettel Lekler
Red Bull Ferstappen Qasli Ferstappen Qasli
Renault Hülkenberq/Rikkardo Rikkardo/Hülkenberq Hülkenberq/Rikkardo Rikkardo/Hülkenberq
Haas Qrojan Maqnussen Qrojan/Fittipaldi Fittipaldi/Maqnussen
McLaren Sayns Norris Sayns Norris
Racing Point Peres Stroll Peres Stroll
Alfa Romeo Rəykkönen Covinatsi Rəykkönen Covinatsi
Toro Rosso Kvyat Elbon Kvyat Elbon
Williams Kubitsa/Rassel Rassel/Latifi Latifi/Kubitsa Kubitsa/Rassel

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*