Testlərdə Ferrari-nin çənində yanacaq çox olub

Bəhreyndə keçirilən qış testlərində yeni Ferrari maşını sürətli olub, lakin təkərlərin rəqiblərlə müqayisədə daha tez yeyilməsi müşahidə edilib.

F-1.az xəbər verir ki, nüfuzlu La Gazzetta dello Sport resursunun fikrincə, buna səbəb çəndə yanacaq miqdarının çox olmasıdır. Çünki bu, eyni zamanda həm sürətin gizlədilməsinə kömək edir, həm də təkərlərin tez aşınmasına səbəb olur.

Mənbənin sözlərinə görə, bütün dövrələr, hətta qısa dövrələr də yüksək yanacaq yükü ilə həyata keçirilib və testlər zamanı çəndəki yanacağın miqdarı heç vaxt 20 kq-dan aşağı düşməyib.

Red Bull Racing-in çənində nə qədər yanacaq olduğu bilinmir, lakin bu məlumat Ferrari-də təkərlərin həddindən artıq aşınması ilə bağlı xəbərlərin kəskinliyini azaldır…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*