Testlərdə ən yaxşı nəticəni Maks Günter göstərib

Formula E mövsümöncəsi testləri cümə günü Valensiyada başa çatıb, Maserati komandasının pilotu Maks Günter 1:25.127 nəticə ilə günortadan sonra ən sürətli olub.

F-1.az xəbər verir ki, Maks səhər sessiyasında qeydə alınan Jan-Erik Vernin nəticəsini yaxşılaşdıra bilib – DS Penske komandasının fransalı sürücüsü nahardan əvvəl 1:25.248 göstərib.

Elektrikli avtomobillər üzrə dünya çempionatının 11 komandasının 22 sürücüsünün hamısı testlərdə iştirak edib və bu gün tamaşaçılar ilk dəfə olaraq Valensiyanın Rikardo Tormo adına trasının tribunalarına buraxılıblar. Tamaşaçılar ilk dəfə yeni nəsil maşınların (Gen3) trasda performansına şahidlik ediblər.

Yeni maşınlara sürücülər 3 gün ərzində öyrəşiblər və bu gün maksimal sürətlər əldə olunub. Düzdür, yeni maşınlar hələ uşaq xəstəliklərindən azad olmayıblar, ona görə də həm nahara qədər, həm də nahardan sonra sessiya bir neçə dəfə qırmızı bayraqlarla dayandırılıb. Yekunda Günter protokollara başçılıq edib, sonuncu dünya çempionu Stoffel Vandorn isə ikinci olub.

Ümumiyyətlə, testlər Gen3 maşınlarının əvvəlki nəsil maşınlardan həqiqətən daha dinamik, daha effektiv və daha sürətli olduğunu təsdiqləyib.

Komandalar bir daha bir aydan sonra Mexikoda bir araya gələcəklər – 9-cu mövsümə start veriləcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*