F-1.az xatırladır ki, FİA 15 gün əvvəl təqvimin Avopa hissəsini, yəni ilk 8 yarışı elan etmişdi. Liberty Media daha çox yarışın keçirilməsi üçün müzakirələri davam etdirir. Çox güman ki, Avropadakı yarışlar Montsada yekunlaşmayacaq.
Biz qeyd etmişdik ki, Ferrari Formula1-dəki 1000-ci yarışına İtaliya Qran Prisindən bir həftə sonra Mucello və ya İmolada çıxa bilər. Bunun dəqiqləşməsi üçün daha bir neçə gün gözləməliyik…