F-1.az bildirir ki, bu qərar yay fasiləsini indiyə keçirməklə avqust ayını mümkün qədər çox təxirə salınmış mərhələlərlə doldurmağa imkan verib. Yeni təqvimin layihəsi yaxın günlərdə yayımlanacaq ki, komandalar və promouterlər hazırlığa başlaya bilsinlər.
Çeyz Keri, Formula1-in icraçı direktoru: “Bir neçə yarışın təxirə salındığı bir dövrdə və yay tətilinin vaxtı dəyişdirildikdən sonra biz və FİA komandalarla yeni təqvimi formalaşdırmağı müzakirə etdik.
COVID-19-la bağlı vəziyyət vəziyyət yaxşılaşdıqda tam bir mövsüm keçirmək üçün daha çevik planlamağı bacarmalıyıq.
Komandalar təhlükəsiz olduqda mümkün qədər çox təxirə salınmış yarışların keçirilməsi planımızı yekdilliklə dəstəklədilər. İndi FİA və Formula1 komandalarla məsləhətləşmədən sonra 2020-ci il mövsümü üçün yeni bir təqvim üzərində işləyirlər, ancaq yenidən işlənmiş təqvimlərin rəsmi təsdiqi üçün komandaların razılığı lazım gəlməyəcək. Bu, təxirə salınmış yarışların promouterləri ilə danışıqlar zamanı, yəni onlar yarışa hazır olan kimi bizə məlumat verdikdən sonra, bizə lazım olacaq…”