Formula1-in kommersiya başçısı Berni Ekklstounun qızı Tamara birja borkeri Cey Ratləndlə evlənib. 28 yaşlı Tamara və 33 yaşlı Ceyin toyları Rivyerada (Fransa) baş tutacaq. Toyun qonaqları üçün beşulduzlu Grand-Hotel du Cap-Ferrat oteli bütünlüklə icarəyə götürülüb.
Britaniyanın bir çox məşhurları toya dəvət olunublar, qonaqları Elton Con və Layonel Riçi feyziyab ediblər.
Yerli mətbuatın bildirdiyinə görə, yekunda toy məclisi Tamaraya 4.6 milyon Avroya başa gəlib. Amma qeyd edək ki, 2011-ci ildə Tamaranın bacısı Petranın toyuna atası Berni və anası Slavika 12 milyon Avro xərcləmişdilər…