Təkərlər Ferrari-yə necə kömək edib?

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, keçənilki uğurun səbəbi təkər testləri olmayıb.

F-1.az xatırladır ki, keçən il bəzi mütəxəssislərin iddiasına əsasən, Ferrari 2016-cı ildə təkər testlərinə ciddi yanaşdığı üçün mövsümə yaxşı başlamışdı.

Sebastyan Fettel: “Keçən il pis və yaxşı yarışlarımız oldu. Amma bu uğurda təkər testlərinin payı olduğuna inanmıram. İstədiyimiz sazlanmaları tapa bilməyəndə yaşadığımız problemləri gördünüz. Bu il o problemləri həll etmək istəyirik. Yeni təkərlərə öyrəşmək də vacib rol oynayacaq. Yeni mövsümdə bolidlər də fərqli olacaq və yaxşı hazırlaşmalıyıq. Haloya öyrəşənə qədər sürücülərə çətin olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*