İndi Milan təkər istehsalçıları 2017-ci ildən daha enli rezinə keçid üzrə hazırlıqları Mercedes, Red Bull və Ferrari ilə çalışmaları nəzərdə tutur. Komandalardan hər biri öz gücləri ilə test şassiləri hazırlayır ki, asfalta yatma qüvvəsinin müvafiq səviyyəsinə nail ola bilsin.
Dəyişdirilmələr həm də böyümüş və ağırlaşmış təkərlərin öhdəsindən gəlməli olacaq asmaya aiddir.
Pirelli-də toplam davamlılıq müddəti 22 gün olan ümumilikdə on test sessiyası planlaşdırılıb ki, qarşıdakı keçidə mümkün qədər daha yaxşı hazırlaşmaq, mümkün zəif yerləri aşkara çıxarmaq və bunları hələ 2017-ci ilin qışındakı ilk mövsümönü testlərin başlanmasına qədər aradan qaldırmaq mümkün olsun.
Sınaqlar həm sliklər, həm də yağışlı hava üçün təkərlərə aid olacaq traslarda müvafiq şəraiti modelləşdirmək üçün zəruri intensivliyi təmin edən çiləyicilərdən istifadə olunacaq.
2017-ci ildən etibarən qabaq təkərlər 60 mm enli olacaq (245 mm əvəzinə 305 mm) hansı ki, arxadakılar birdən-birə 80 mm artacaq (325 əvəzinə 405). Bu dəyişikliklərin məqsədi – pilotlara başqa bir mexaniki və aerodinamik ilişməni təmin etməkdir. Bu, maşınların trasda davranışını dəyişdirməli və yarışları daha maraqlı etməlidir.
Bundan başqa, Pirelli-də artıq bəyan ediblər ki, 2017-ci ilin təkərləri elə də sürətlə aşınmayacaq, onların iş diapazonu isə indikindən geniş olacaq. Bütün bunlar pilotlara sektorların hər birinə sürüş üzrə xeyli kəskin hücum etmək imkanı verəcək.
FIA, Pirelli və komandaların əməkdaşlığı
Testlər üçün texnikanı 2015-ci ilin şassisinin bazasında Mercedes, Red Bull və Ferrari hazırlayacaqlar. Dəyişdirilmələr ona görə zəruridir ki, daha enli təkərlər quraşdırmaq, eləcə də asfalta yatma qüvvəsinin səviyyəsini, 2017-ci il reqlamenti üzrə düzəldilmiş maşınlarda olması gözlənilən göstəricilərə çatdırmaq imkanı əldə edilsin.
Hər komanda avtomobilləri öz fəlsəfəsinə görə inşa edir, yəni ki, burada vahid həll ola bilməz. Motosport.com-un ixtiyarında olan texniki direktivə uyğun olaraq, komandaların çatmalı olduqları asfalta yatma qüvvəsinin səviyyəsi 2015-ci ilin əvvəlinə aid maşınla müqayisədə nisbi həcmlərlə müəyyən edilir.
Dəyişikliklərin böyük hissəsi 2017-ci ilin asfalta yatma qüvvəsini təkrarlamaq üçün edilir. Mərkəzi nöqtə, həcmi gələn mövsümdən artırılan diffuzordur.
Bu element baza səthinin üstündəki 125 mm-in əvəzinə 50 mm yüksəkdə olacaq. Bundan başqa arxa təkərlərin oxundan deyil, maşının burun hissəsinə yaxın olan 175 mm nöqtəsindən başlayacaq. Bizim rəsmimizdə köhnə geometriya bənövşəyi rənglə, yenisi isə yaşıl rənglə göstərilib.
Texniki direktiv də həmçinin, pontonların aşağı hissəsinə elastik “ətəklər” yerləşdirməyə icazə verir – bu cür fənd 80-ci illərin əvvəllərinə aid maşınlarda istifadə edilirdi, sonra qadağan edildi. O asfalta yatma qüvvəsinin səviyyəsini kəskin şəkildə artırmağa imkan verir. Bundan başqa, “Venturi borucuğu” effektini reallaşdırmaqla bolidin altını düz etməmək mümkündür. Nəhayət, diffuzorun özünü, axınları döngələrdə xeyli xoşagəlməzliklər yaradan qasırğalı havadan sipərləmək mümkündür.
Diffuzorun sonluğu həmçinin, uzadıla bilər və indiki reqlamentlə cızılmış sərhədlərdən kənara çıxır. Perimetr üzrə istənilən formanın kənar-haşiyəsini yerləşdirməyə icazə verilib.
Yan pontonların qabağındakı deflektorları artırmağa, splitteri isə yuxarı yerləşdirməyə icazə verilib ki, maşının gövdəsini daha güclü şəkildə irəli (ya da başqa sözlərlə, burun hissəyə tanqaj/differenti çoxaltmaq) əymək mümkün olsun. Eyni ilə, yeri gəlmişkən, 2017-ci ilin qaydaları ilə də icazə verilib.
Bundan başqa, gələn ildə ön qanad 2014-cü il hibrid erasının başlanğıcından istifadə edilənlərdən 150 mm geniş olacaq. Bu, təkərlərin iz-naxışını və enini artırmaq üçün edilib.
Eyni zamanda texniki direktiv göstərir ki, test maşınlarında 2015 və 2016-cı il spesifikasiyalı qanadlardan istifadə etmək olar. Yalnız onların yerləşməsini dəyişmək mümkündür.
Həmçinin, ön qanadın neytral seksiyasına qanadcıqlar və ya qapadıcılar əlavə etmək olar ki, maşının altına havanın keçməsini optimallaşdırmaq mümkün olsun.
Arxa antiqanad, əksinə, praktik olaraq, heç bir məhdudiyyətlərlə əlaqəli deyil – baza müstəvisinin üstündə 300-dən 950 mm-dək əlavə qanadcıqlar da daxil sərbəst geometriyanın istənilən elementi yol veriləndir. Bu, mühəndislərə, aşağıda daha “güclü” diffuzorla zəruri aerodinamik strukturlar düzənləməyə imkan yaradır.
Quzu dərisindəki qurd
Ferrari və Red Bull tərəfindən inşa edilmiş “mullar” artıq test trasına çıxmışlar. Demək mümkündür ki, ümumilikdə iki komandanın asfalta yatma qüvvəsinin artırılmasına yanaşma oxşar oldu, detallarda isə fərqliliklər var.
Scuderia, Fioranodakı işə ilk olaraq başladı: modernizasiya edilmiş SF15-T-nin sükanı arxasında əvvəlcə Sebastyan Fettel dövrələr vurmağa başladı, sonra isə onu Esteban Qutyerres əvəz elədi. Hər ikisi Pirelli tərəfindən işlənib hazırlanmış plan üzrə hərəkət elədilər – başlanğıc mərhələdə vacib olan yeni təkərlərin prinsipcə özlərini necə aparacaqlarını başa düşmək idi.
Ön antiqanad axınların strukturunu dəyişmək üçün neytral seksiyanın arxasında, pilonların altında yerləşən əlavə element əldə etdi.
2017-ci ildən nəzərə çarpacaq qədər böyüyəcək yan deflektorlar dəyişilməz qaldı, belə ki, əks halda bu, təzyiq mərkəzini dəyişərək maşının balansını pozardı.
Bolidin alt hissəsi gələn mövsümdə 200 mm enli olacaq – amma bu halda da komanda maşının orijinal konfiqurasiyasını saxlamağa üstünlük verdi.
Lakin, əlbəttə ki, heç dəyişikliklər olmadan da keçinmək mümkün olmadı: fotoda pontonların yanlarında olan “ətək” yaxşı görünür – o, havanın çöldən bolidin altına keçməsinə imkan vermir, axınları düzənləyir və bütövlükdə qraund-effekt prinsipini, Kolin Çepmenin, onun ötən əsrin 70-ci illərində ilkin olaraq düşündüyü kimi reallaşdırılmasına yol açır.
Arxa hissədə komanda “2017-ci ili nişan alaraq” antiqanadını tətbiq elədi – onun yan lövhələri şaquli müstəvidə və bir qədər az da hündürlükdə əyilməyə malikdir, hər iki müstəvi isə daha enlidirlər. Düzdür, baza şassisinin məhdudiyyətləri üzündən qanad hər halda, gələn mövsümdən icazə verilmiş həddən bir qədər dardır.
İndi yol verilən enlilik 760 mm, hündürlük isə – 950 mm-dir, hansı ki, 2017-ci ildən bunlar dəyişəcək və müvafiq olaraq 950 və 800 mm təşkil edəcək. Həmçinin, Scuderia aşağı aerodinamik müstəvini (aparıcı qanadı) işə qoşdu ki, konstruksiyaya möhkəmlik və səmərəlilik əlavə eləsin. Bu zaman 2017-ci ildə həmin qərar əvvəlki kimi qadağan olunacaq.
Ferrari kimi, Red Bull da öz “mullarının” işlənib hazırlanmasını tamamlama işinə ona arxa hissədə asfalta yatma qüvvəsi əlavə etməyə can atmaqla başladılar. Ön qanad elə bir il əvvəlki kimi qaldı.
Bu zaman Milton-Kinsdə bolidin altında işi xeyli məhdudlaşdırmaq qərarına gəldilər – “ətəklər”, splitterə qədər praktik olaraq onun bütün uzunluğu boyu yerləşib. Bu, komandada böyüdülmüş diffuzordan 2017-ci ildən bəri gözlədikləri həmin o asfalta yatma qüvvəsinin saviyyəsini təmin etməyə imkan verir.
RB11-də arxa qanadın enlilik və hündürlük nöqteyi-nəzərindən orijinal spesifikasiya var idi, ancaq konstruksiya həmçinin, “meymun oturacağa” aşağı müstəvi ilə gücləndirilmişdi. Komanda həmçinin, qanad və diffuzorun aerodinamik əlaqəsini gücləndirməyə can atırdı.
Diffuzorun uc kənar-haşiyəsini nəzərəçarpacaq dərəcədə hündürə doğru uzatdılar, belə ki, RBR-də açıq-aşkar bolidin alt hissəsinin yaratdığı axınların strukturundan diffuzorun xeyrinə istifadə etməyə can atırdılar.
Mercedesə gəldikdə isə, onların “mulu” hələ indi işlənib hazırlanır və onun özəllikləri barədə sentyabrın əvvəlində trasda göründükdən sonra fikir bildirmək mümkün olacaq.
Göründüyü kimi, W06-nın dəyişiklikləri artıq Pirelli-nin maraqları üçün istifadə olunan digər iki maşındakı kimi olacaqdır. Üçüncü şassinin köməyi ilə alınmış məlumatlar çox mühüm olacaqdır, ilk növbədə də yeni güc qurğusu ilə iş nöqteyi-nəzərindən.
Pirelli-də hər şey nəzarətdədir
Mühəndislərin hər biri öz maşınının işlənməsini tamamladı və ona qulluq edir, lakin test sessiyalarının planlarını məhz təkər istehsalçısı müəyyənləşdirir. Onlar mühəndislərə markalanmamış təkər komplekti ötürürlər və onlar da quraşdırırlar, bundan sonra pilot trasa “kor-koranə” yola düşür.
Komandalar tərəfindən aerodinamik boru ya da işə aid olan və hesablama hidrodinamikasının vasitəsilə toplanmış bütün informasiya yazılaraq FIA-ya verilir ki, şübhə qalmasın: test şassilərinin yaradılmasına istiqamətlənmiş resurslar həqiqətən məhz bu məqsədi güdür.
Bundan başqa, sessiyanın yekunlarına görə, hər bir komanda çempionatın bütün iştirakçılarına, Pirelli və FIA-ya çatdırılan hesabat hazırlayır. Hesabatda aerodinamik və mexaniki balans, eləcə də 2015-ci ilin baza maşınının test şassisinin göstəricilərindən fərqli olaraq çəkinin paylanması haqqında informasiya olmalıdır. Həmçinin də pilotların rəyləri qeyd olunur, testlərdə iştirak etməyən komandalar isə öz müşahidəçilərini göndərmək hüququna malikdirlər.
Pirelli həmçinin də dövrələrin və sektorların müddəti, aşınmanın göstəriciləri, döngələrdə hər bir oxun işinin ilişmə və sərtlik səviyyəsi, güc karkasının ölçülmüş dərəcəsi və onun təkərdəki təzyiqlə əlaqəsi, eləcə də onların bokslardan çıxana qədər analoji ölçülərdən fərqi barəsində informasiya təqdim edəcək. Buna əlavə olaraq şaquli sərtlik və bir çox başqa şeylər bərkidilir.
Komandalar, testlərin gedişi boyu aerodinamika üzrə əlavə informasiyanın toplanması üçün öz məxsusi sensorlarını işə qoşa bilmirlər, lakin Pirelli-də xahiş etmişlər ki, təkərlərdə hava təzyiqi üçün naqilsiz qeydgöstəriciləri (adətən onlar qabaq qanada quraşdırılır və yarışın gedişi boyu istifadə olunur), arxa rezinin səkkizkanallı infraqırmızı temperatur qeydgöstəriciləri, infraqırmızı kameralar, təkər topunun hündür lazer sensorları və sürətə nəzarət optik cihazları istifadə edilsin.
Bütün bu qurğular təkərlərin davranışına dair maksimal məlumat həcmi toplamağa və bunları indiki təkərin məlum göstəriciləri ilə müqayisə etməyə imkan verir.
Komandalar arasında çəkişmə
Test günləri ilə bağlı informasiyanın tam həcmdə çempionatın bütün iştirakçıları üçün əlçatar olması istiqamətində çox ciddi cəhdlər edilmişdir. Amma, yenə də demək olmaz ki, trasda bilavasitə işləmək komandaya bir qədər artıq fayda gətirir və bu kollektivlərdən olan, testlərdə iştirak etməyən bir sıra yüksək vəzifəli şəxslər artıq “böyük üçlük” təmsilçilərinin bundan fayda götürməyə yetəcək güc barədə öz narahatlıqlarını səsləndirmişlər.
Bu, çıxışı olmayan vəziyyətdir, Pirelli-də artıq öyrəşmişlər: neçə ki, onlar çempionatın təchizatçıları olaraq çıxış edirlər, şirkəti praktik olaraq mütəmadi tənqidə məruz qoyurlar – özü də bir sıra hallarda qınaqlar bilavasitə təkərlərin keyfiyyəti ilə bağlı deyildi. Qətiyyən testlər aparmadan yeni ölçülü rezinlər hazırlamaq vəzifəsinin özü gerçəkləşdirilə bilməyən kimi görünür və bu məqam Pirelli-nin yeni müqaviləsində ayrıca göstərilib.
Seçilmiş yanaşma yetərincə ədalətli olmayan kimi görünə bilər, amma “mulları” inşa etməyi hamı nəzərdə tuturdu və yerdə qalanlar bunu etməmək qərarına gəldilər. Səbəbin resursların qeyri-kafiliyi ya da kommersiya öhdəliklərinin olması elə də vacib deyil. Üç komanda bu zəhməti öz üzərinə götürdü – və bütövlükdə idmanın rifahı naminə çalışırlar.
Burada siz F1 maşınlarını 2017-ci il mövsümündə hansı dəyişikliklərin gözlədiyini görə bilərsiniz. Fərqliliklər adi gözlə də görünəcəkdir. Lakin dəyişən təkcə xarici dövrələmə-çəpərləmələr olmayacaq – avtomobillər üstəlik xeyli daha sürətlə şütüyəcəklər.