Təkər seçimi sərbəst olacaq

Gələn ildən bütün sürücülər təkər seçimində azad olacaqlar.

F-1.az xatırladır ki, 2014-cü ildən reqlamentdə edilən dəyişikliyə görə, sıralanma turunda son sessiyaya keçən 10 sürücü starta məhz 2-ci sessiyada ən yaxşı nəticəni göstərdikləri təkər dəsti ilə çıxırlar.

O zaman düşünülürdü ki, bu qayda ikinci onluğun şansını artıracaq. Düzdür, bir müddət orta qrupun komandaları bu qayda hesabına cüzi üstünlük qazansalar da, daha sonra bu qayda da güclü komandaların xeyrinə işləməyə başlayıb.

Ona görə də Ross Braun bu qaydanın ləğvini təklif edəndə, komandalar onu yekdilliklə dəstəkləyiblər və qayda ləğv edilib.

Beləliklə, gələn ildən startda bütün sürücülər təkər seçimində azad olacaqlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*