F-1.az bildirir ki, Əbu Dabidə Ekklstoun və 11 komandanın rəhbəri 30 dəqiqəlik bir toplantı keçiriblər. Təhlükəsizlik Maşınından sonra startın start düzlüyündən verilməsi təklifi müzakirə olunub və tərəflər bu barədə razılığa gəliblər.
Startlar yarışın ən maraqlı anlarından biri olduğu üçün bu təklifin FİA tərəfindən də qəbul olunması gözlənilir. Detallar barədə növbəti günlərdə danışılacaq. Bu mövzuda dəyişikliyin qəbul olunması üçün Avtoidman üzrə Ümumdünya şurasının razılığı lazımdır. Növbəti iclas noyabrın 30-da olacaq.