F-1.az xatırladır ki, Maylander 1999-cu ildən bəri Təhlükəsizlik Maşınını idarə edir. Sabiq yarış sürücüsü 2001-ci ilin Kanada yarışıistisna olmaqla, bütün yarışlarda Təhlükəsizlik Maşınının sükanı arxasında olub. Bernd 2010-cu ilin Koreya yarışında 26 dövrə, 2011-ci ilin Kanada yarışında isə 28 dövrə yarışa nəzarət etmişdi.
Bernd Maylander: “Formula1-də düzülüşü idarə etməlisiniz və bu çətin işdir. Səhv etmək olmaz. Öndə olduğunuzda bütün peleton sizə bağlı olur. Bu yaxşı hal deyil. 1999-cu ildə təhlükəsizlik maşınını idatə etmək üçün təklif aldım və qəbul etdim. Çünki mən pilotam. F1-in və FİA-nın bir hissəsi olmaq mükəmməldir. Son 18 mövsümdə 500-dən çox dövrəni lider getsəm də, mənə kubok vermədilər”.
Qeyd edək ki, 45 yaşlı Maylander bu işi icra edəndən 700-dən çox dövrə vurub…