Mercedes-in Niko Rosberqin əvəzinə Bottası gətirdiyini yazdığı 1100 sözlük press relizdə hamıya maraqlı olan əsas şey çatmırdı – Bottasın müqaviləsinin neçə illik olması.
Niko Rosberq 2016-cı ildə komandası ilə yeni müqavilə bağlayanda, müqavilənin 2 illik olduğu açıqlanmışdı. Eynilə Həmiltonun 2015-ci ildə komanda ilə bağladığı müqavilənin 3 illik olduğunu hamı bilirdi. Amma Mercedes bu dəfə müqavilənin neçə illik olması barədə açıqlama vermədi.
Belə bir düşüncə var ki, müqavilə opsiyonlu olmaqla birillik bağlanıb. Amma Mercedes “Detallar ictimaiyyətə paylaşıla bilməz” maddəsini əsas götürərək, bu barədə açıqlama gözləməyin yersiz olmasını bildirdi. Bu əvvəlki sürücü müqavilələrindən fərqli idi.
Əslində Mercedes-in birillik müqavilə bağlamasını çox düşünüb və müzakirə etmək yersizdir. Niyə Mercedes Lyuis Həmilton kimi güclü bir sürücüyə qarşı heç bir uğuru olmayan bir sürücünü güclü bolidinə otuzdursun? Bəs birillik müqavilə güvənsizlik deməkdir? Alonso, Fettel kimi sürücülərin müqaviləsi bitənə qədər boşluğu doldurmaq üçündür? Yoxsa hər iki tərəf üçün də ən yaxşı variant budur?
Təbii ki, kənardan baxanda Bottasla birillik müqaviləni və Paskal Verlyaynla Esteban Okon durarkən uzunmüddətli planları başqa yerdə axtarırlar formasında danışmaq asandır.
Amma Mercrdes-i bu qədər mühakimə etmək də olmaz. Belə olan halda almanların Bottası transfer etmək üçün çəkdiyi əziyyəti heç nəyə döndərərik.
Bu, boşluğu doldurmaq üçün həll yolu deyil. Rosberqin təqaüd xəbəri çıxdıqdan sonra komandanın əlində iki əsas alternativ var idi – Verlyayn və Bottas. Başqa sürücülər onlar kimi diqqət mərkəzinə düşməmişdi.
Verlyayn təcrübəsiz idi, amma Bottas həm təcrübəli, həm də sürətli idi. Onun yuxarı pillələr uğrunda mübarizə aparmağa bolidi olmamışdı. Komanda üçün vacib olan digər şey isə sürücünün daxili dünyası və tras xaricində doğru vərdişləri olmasıdır.
Mercedes-in təcrübəli idarəçiləri Alonso və Fettel kimi emosional adamların təhlükəli nöqtələrini bilirlər. Xüsusən də, Həmiltonla eyni komandada olacaqlarını düşündükləri zaman… Amma Bottas həmişə sakitliyi ilə fərqlənib.
Toto Volff da müqavilə bağladıqları zaman bu sözləri demişdi: “Valtteri bizim komandamız üçün əlverişlidir. Bir sürücü kimi çox sürətlidir, amma həm doğru dəyərləri, həm də yarış üçün atan qəlbi var. Dəyərlərimizə uyğundur və sadə, təvazökar, eyni zamanda, çalışqan bir insandır. Bütün doğru komponentlərə sahibdir”.
Bunu isbat etmək üçün ən doğru yol yarış qazanmaqdır, amma hazırkı vəziyyətdə bunu edə bilmək üçün növbəti ayları gözləmək lazımdır.
Volff Bottasın artıq irəli doğru addım atmaq vaxtının gəldiyini deyəndə əlavə etdi ki, finlandiyalı nə etməli olduğunu bilir.
Belə olan halda əsas məsələ müqavilə yox, yeni mövsüm olacaq.
Formula1-dəki müqavilələr sukeçirməzdirlər. Rosberqin çempionluğundan sonra olduğu kimi fikirlər və vəziyyət dəyişə bilər və tərəflərdən biri davam etmək istəməsə, hər şey bitir. Buna görə də Bottasın bir, iki və ya üçillik müqavilə bağlaması elə də effektiv deyil. Çünki finlandiyalı bu il gözlənilən performansı göstərə bilməsə, rəqibləri 2018-ci ildə onu əvəz etmək üçün komandaya təkliflər göndərəcəklər.
Bottasın mövsümü yola vermək üçün və ya uzunmüddətli bir layihə kimi gəldiyini bilmirik, çünki bu barədə heç nə yazılmayıb.
İşlər sürücünün performansına görə dəyişir. Uğur özü ilə uğur gətirər və komandada gələcəyini təmin edər. Amma zəif çıxış etsə, 2018-ci il üçün sürücü bazarı bir-birinə qarışar.
O zaman təzyiq olmamalıdır, çünki indidən bir şeyi təmin edib – Mercedes-də gələcəyə layiq olduğunu göstərmək üçün ən yaxşı yer Mercedes bolidinin sükanının arxasıdır.