Toni Fernandesin komandası yeni maşınını yanvarın 31-də göstərəcək, təqdimat mərasimi virtual olacaq və komandanın rəsmi saytının Team Lotus Notes onlayn-jurnalının xüsusi buraxılışının səhifələrində yayımlanacaq.
TL11 indeksi almış yeni şassi rəqiblərindən fərqli olaraq Valensiyada fevralın 2-də testlərə qoşulacaq – həmin gün sükan arxasında Heykki Kovalaynen işləyəcək, səhəri gün onu Yarno Trulli əvəz edəcək…