Williams komandası Valensiya testlərinə rəsmi təqdimat mərasimi keçirmədən başlayan yeganə komanda olub – bu gün səhər Rubens Barrikello yeni FW32-nin sükanı arxasına oturub və onu trasa çıxarıb.
Sistemlərin ilkin sınağı uğurlu alınıb, braziliyalı sürücünün ilk təəssüratları pozitiv olub – yeni maşın onun xoşuna gəlib, amma Rubens qeyd edib ki, adaptasiya üçün vaxt lazımdır…
Rubens Barrikello: “Bu gün mənim hər şeydən xoşum gəldi, elə bil ki, ilk dəfə birinci sinfə getmisən! İlkin testlərin göstəricilərindən nəticə çıxarmaq düzgün deyil. Bəlkə də, proqnoz verənlər də testlərin sonunu gözləyəcəklər – heç kim bilmir ki, kimin maşınında nə qədər yanacaq var. İstisna deyil ki, Bəheryndə sıralanma turuna qədər biz bunu bilməyəcəyik.
Biz maşının balansı ilə məşğuluq, maşın çox etibarlı alınıb. Ümumiyyətlə, gün pis keçmədi.”
Səm Maykl, texniki direktor: “Gün məhsuldar keçdi, biz 75 dövrə vura bildik. Nəzərə alsaq ki, bütün texnika yenidir, xüsusən də Cosworth motoru, heç bir problemin yaranmaması çox xoşdur.
Sessiyanın sonunda drosseli idarə edən proqram təminatında kiçik problem yaşandı, amma bu sabah asanlıqla yoluna qoyulacaq.”