T.Volff: “Zərəri minimuma endirməyə çalışacağıq”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Həmilton yarışda zərəri minimuma endirməyə çalışacaq.

F-1.az xatırladır ki, Lyuis Həmilton Monakoda sıralanma turunda 14-cü olsa da, komanda yoldaşı Bottas 3-cü olub və finlandiyalı sürücü lider Rəykkönenə 0.045, ikinci yerin sahibi Fettelə isə 0.002 saniyə uduzub.

Toto Volff: Lyuis boliddə çətinlik çəkdi. Bolid çox sürüşürdü və asfaltla ilişmə yox idi. Amma yarışa qədər problemləri həll etməliyik. Monakoda geridən başalayanda əlinizdə şans olmur. Buna görə də zərəri minimuma endirməliyik. Harada səhv etdiyimizi bilmirəm. Cümə axşamı ikinci sərbəst yürüşlərdə sazlanmaları dəyişəndən sonra bolid zəiflədi. Təbii ki, Vandornun da qəzası Həmiltona mane oldu. Yoxsa son sessiyaya qalacaqdı. Yarışda mümkün qədər çox xal toplamağa çalışacağıq. Orta sıralardan start almaq çətin olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*