T.Volff zədələnib

Sabiq Formula1 sürücüsü Suzi Volff bildirib ki, həyat yoldaşı Toto Volff tətildə ikən zədələnib.

F-1.az bildirir ki, Mercedes komandasının rəhbəri hazırda ailəsi ilə birlikdə tətildədir. Lakin avstriyalı rəhbərin tətili zədəyə görə heç də yaxşı getmir.

Totonun həyat yoldaşı Suzi Volff bazar günü səhər İnstagramda ailəsi ilə şəkillər paylaşıb. Şəkildə Suzi, Toto və oğulları Cek var. Volff açıqlamada belə yazıb: “Yay tətilinə gərgin başlanğıc oldu. Son şəkildə Toto Volffun dağ velosipedi ilə yoxuşdan düşməyinin nəticəsi görsənir”.

Son şəkildə Toto oğlunun əlindən tutub gəzir və sol qolu sarğıdadır. Volffun yaralanmadığı və əhvalının yaxşı olduğu görünür. Həm də tətillərinə ara verməyiblər, çünki digər şəkillrədə kartinq sürür və Suzi volff yarış karyerasını bitirdikdən sonra ilk dəfə yarış kombinezonunda görünür.

Mercedes komandası verdiyi açıqlamada bildirib ki, Toto Volff dağ velosipedi sürərkən, dirsəyini qırıb. O, Belçika yarışından sonra bazar ertəsi zədələnib. Lakin onun yay tətilinin sonuna qədər sağalması gözlənilir. Bu Volffun tətildə ilk belə yaralanması deyil.

Xatırladaq ki, Toto Volff 2014-cü ildə Mercedes komandasının üzvləri iıə Macarıstanda Tuna çayının ətrafənda velosiped sürərlən qəza keçirmişdi. Bu qəzada dirsəyini, çiynini və körpücük sümüyünü, biləyini qırmışdı. Onun biləyinə metal yerləşdirilmiş və Suzi ona Totonator adını vermişdi. O, bu qəzadan bir neşə ay sonra idman edərkən yıxılmış və diz qapağını qırmışdı.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*