T.Volff: “Yeni təkərlər hər şeyi alt-üst etdi”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, yeni təkərlər əvvəllər topladıqları məlumatları lazımsız edib.

F-1.az xatırladır ki, Pirelli keçən il İspaniya, Fransa və Britaniya Qran Prilərinə daha nazik üzlü təkərlər gətirmişdi. Bu il həmin tərkiblər bütün yarışlarda istifadə edilir. Amma bu təkərlərdə Ferrari daha çox problem yaşayır və Fettel də zəif performanslarının səbəbkarı kimi təkərləri göstərib.

Toto Volff: “Məncə, təkərlər yaxşı işləyir. Lakin hələ də öyrənmə müddətindəyik. Bir təkərdən uzun müddət istifadə edəndə bütün məlumatlar və bütün simulyatorlar ona görə sazlanır. Sonra birdən şini dəyişirlər və bütün öyrəndikləriniz yararsız olur. Yeni təkərləri daha tez öyrənən komanda qabağa düşür”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*