T.Volff: “Yeni sıralanma turu formatını inkişaf etdirə bilərik”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, yeni sıralanma turu formatını inkişaf etdirmək lazımdır...

F-1.az xatırladır ki, ilk dəfə Avstraliya QP-də istifadə olunan yeni sıralanma turu formatı ümidləri doğrulda bilməyib, əksinə, fanların həyəcanını öldürüb. Bundan sonra komandalar növbəti yarışda əvvəlki sıralanma turu formatına qayıtmağı qərara alıblar.

Toto Volff yei format barədə danışıb: “Belə baxıram ki, bütün komandalar yeni sıralanma turu formatı barədə eyni şeyi fikirləşirlər, ona görə də F1 Komisiyası həmfikir olduqları üçün onları dinləyəcək.

Yeni formatı ən yaxşı hala gətirmək olar. Əminəm ki, bunun yolları var. Ancaq doğru qərar vermək üçün xırdalıqlara qədər təhlil etməliyik”.

Qeyd edək ki, Mercedes AMG komandasının sürücüsü Lyuis Həmilton yeni sistemdən narazı qaldığını demişdi. Volff bu barədə də danışıb: “Lyuisin fikirləri maraqlıdır və Maks Ferstappen də onun kimi açıqlamalar verib.

Mübarizəni sevən sürücülər var və bu həyəcanlı formatdır. Televiziyaya bunu düzgün çatdıra bilsək, bu format çox həyəcanlıdır

Azarkeşlər bütün hadisələri izləyə bilməlidir. Hazırda aldığımız geri bildirimlərə əsasən onu deyə bilərəm ki, bu çox çətindir. Ya zaman ekranını izləyib, bolidlərə baxmayacaqsan ya da kimin trasda, kimin boksda olduğunu bilməyəcəksən.

Q3 üçün hamı eyni sözü deyir: Əsl tullantı. Bu sistemi ən yaxşı hala gətirə bilərik, amma bu qlobal idman növüdür və bizim məsulliyətimiz var. Hər həftə qaydaların dəyişilməsi doğru deyil.

Biz gördük ki, bu sistemin yaxşı tərəfləri var və komandaların qərarı belə oldu ki, gələn qış və ya gələn il bu sistemi təhlil edək və necə yaxşı hala gətirə biləcəyimiz mövzusunda qərar verək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*