F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa 15-ci yerdən başlamış və 8-ci yerdə bitirmişdi. Amma 28 yaşlı sürücü sadəcə 3 sürücünü – Esteban Okon, Ləns Stroll və Stoffel Vandorn trasda keçə bilib.
Toto Volff: “Hamıdan çox ötmə etdi və təhlükəsizlik maşını da köməyinə gəldi. Doğru zamanda pitə gəldi və belə etməsəydi, onluğa düşə bilməzdi. Amma bütün peleton bir-birinə yaxın idi və belə halı daha əvvəl görməmişdim. Yeni dünyaya xoş gəlmişsiniz”.