T.Volff: “Yeni bolid primadonna deyil”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, bolidin təkərləri tez qızsa da, W09-da primadonna kaprizləri yoxdur.

F-1.az xatırladır ki, “gümüşü oxlar” Bəhreyndə sıralanma turunda Ferrari-nin kölgəsində qalıblar.

Pirelli şirkəti də Bəhreyn yarışının komandalar üçün çətin keçəcəyini demişdi.

Toto Volff: “Əvvəldən demişdim ki, bu mövsüm çox çətin olacaq, Ferrari və Red Bull-la mübarizə aparacağıq. Buna əmin idim və sıralanma turundakı vəziyyəti nəzərdə tuturdum. Bəhreyndəki istidən əziyyət çəkirik.

Builki bolid primadonna deyil. 2017-ci ilə nisbətən çox fərqlidir. Burada sadəcə tempimiz yox idi. Məncə, sürücülər bolidi yaxşı hiss edirlər. Son illərdə bəzi traslarda problemlər yaşayırıq. Əvvəlki illərdə uğurlu olduğumuz Bəhreyn də bu traslardan biridir. Reqlamentin dəyişməsi ilə bolid də tamamilə dəyişir, təkərlər dəyişir, amma bolidin zəif və güclü yönləri eyni olaraq qalır”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*