T.Volff: “Yay fasiləsi danışıqlar aparmaq üçün əla vaxtdır”

F-1.az xəbər verir ki, Mercedes Motorsport-un başçısı Toto Volff mövsümün sonuna qədər Valtteri Bottasın gələcəyi ilə bağlı qərar verməli olduqlarını, yay fasiləsinin bunun üçün yaxşı fürsət olduğunu bildirib.

Toto Volff: “Yay fasiləsi bunun üçün çox yaxşı vaxtdır. Hələ Macarıstan Qran Prisinə qədər də bizim Valtteri ilə yaxşı ünsiyyətimiz olub. Çempionatın son yarışı üçün Asiyaya qayıtdığımızda əlimizdə yekun qərarın olmasını istəyirik”.

Qeyd edək ki, Mercedes AMG ilə bu ilin sonuna qədər müqaviləsi olan finlandiyalı sürücü komandada ilk mövsümünü keçirir və hazırda çempionatda üçüncü yerdədir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*