F-1.az xatırladır ki, həftəsonu keçirilən Formula3 yarışında Tveter bolidin idarəsini itirərək, çınqıllı sahəyə çıxmışdı və yerində fırlanaraq, trasa qayıtmışdı. Bu anda arxadan gələn Çji Li Konq trasda əmələ gələn toz dumanına görə Tveteri görməyərək amerikalı sürücüyə çırpılaraq göydə salto vurub yerə düşmüşdü.
Bu qəza bütün Dünyada böyük əks-səda yaradıb və son illərin ən böyük qəzası kimi təqdim edilib.
Volff qəza barədə danışıb: “Gənc sürücülərin üzərinə çox təzyiq düşür. 16 yaşlı uşağın Formula3-də yarışması doğru deyil. Sürücülərin Formula3 üçün 18, Formula1 üçün isə 20 yaş həddi olmalıdır”.
Xatırladaq ki, Formula1 rəhbərliyi keçən il qərar vermişdi ki, Formula1-dəki yaş həddi 18 olsun…