T.Volff: Yaponiya çətin olacaq

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Suzukada sıralanma turu onlar üçün çətin olacaq.

F-1.az xatırladır ki, “gümüşü oxlar” Sinqapurda sıralanma turunda güclü görünürdülər və Həmilton poul uğrunda mübarizə aparırdı. Lakin yarışda işlər tərs getdi və komanda olaraq cəmi iki xal qazandılar.

Toto Volff: “Sinqapurda bazar günü bizim üçün çətin keçdi. Bolidin tempini və potensialını görəndə içimdə müsbət hisslər yarandı. Lakin bunu xala çevirə bilmədik.

İndi isə hədəfimiz Sinqapurdakı tempi davam etdirmədkir. Yaxşı xallar almaq üçün daha 5 yarış var. Suzuka bizim üçün çətin olacaq və Sinqapirdakı performansı təkrarlamaq asan deyil.

2019-cu ildən sonra ilk dəfə Yaponiyada yarışacağıq. Komanda olaraq oraya qayıtmaq üçün səbirsizlənirik. Suzuka xüsusi trasdır. Həm sürücü, həm də komandalar üçün çətindir. Yaponiyalı azarkeşlər üçün də darıxmışıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*