F-1.az xatırladır ki, Mercedes komandasının sürücüləri Bəhreyn yarışına ilk iki yerdə başlasalar da, startda Fettelin onların arasına girməsinə mane ola bilməmişdilər. Almaniyalı sürücü pit-stopdan sonra liderliyi ələ almış və nə Həmilton, nə də Bottas ona çata bilməmişdilər.
Toto Volff: “Əgər nəticələrə baxsaq, görərik ki, sıralanma tempində daha güclüyük və yarış tempində isə Ferrari ilə eyniyik. Yarışı kiçik səhvlərə görə əldən verdiyimizi desək, yanılmarıq. Birincisi, Ferrari-nin daha yaxşı strategiyası var idi və buna görə də üstünlük qazandılar. İkincisi isə, Həmilton cəza almasaydı, yarışın sonunda təzyiqimiz daha çox ola bilərdi.
Növbəti yarışlar üçün yarış tempimizi artırmağı planlaşdırırıq. Üç yarışın 2-də rəqibdən geri qaldıq. Keçən il 21 yarışda 2 dəfə qazana bilməmişdik. Bu da rəqabətədavamlı olduğumuzu göstərir. Temp cəhətdən çatışmazlığımız yoxdur. Sadəcə xırda səhvlər etdik və qısa müddətdə bunu da həll edəcəyik”.