F-1.az xatırladır ki, Verlyayn yanvar ayında Çempionlar Yarışında ağır qəza keçirmiş və fiziki cəhətdən hazır olmadığı üçün Avstraliya yarışında iştirak etməkdən imtina etmişdi. Almaniyalı sürücü eyni səbəbə görə Çin QP-də də iştirak etməyəcək.
Toto Volff: “Paskalı başa düşə bilirəm. Çünki bəxti gətirmədi və ağır qəza keçirdi. Amma Melburnda komandasına “hazır deyiləm” deməklə dürüstlük etdi. Bu, məni təsirləndirdi, çünki öz mənfəətini düşünüb yarışa bilərdi. Bu gözəl davranışla komanda daxilindəki hörməti və dəyəri çox yüksəldi. İndi isə ideal formaya qayıtmalı və güclü formada geri dönməlidir. Yarışlara qayıtdıqda əvvəlki Paskal olduğunu hamıya göstərəcək”.
Volff Mercedes akademiyasının digər sürücüsü Esteban Okona da təriflər yağdırıb: “Esteban ilk yarışında Hülkenberq və Alonso ilə mübarizə apararaq Formula1 karyerasında ilk xalını qazandı. Onun bu çıxışından fəxr duyuram”.