F-1.az xatırladır ki, Verlyayn və Okon keçən il Manor komandasında debüt ediblər. Amma bu ildən etibarən almaniyalı sürücü Sauber-in, fransalı isə Force İndia-nın şərəfini qoruyacaq.
Xatırladaq ki, Rosberq karyerasını bitirdikdən sonra Verlyaynın adı Mercedes-lə hallanırdı. Amma “gümüşü oxlar” Valtteri Bottası transfer ediblər.
Toto Volff: “Sözün açığı, son bir həftə bizim üçün çətin keçdi. Paskalın Sauberə transferinə görə sevincliyəm. Formula1-dəki inkişafını davam etdirməsi üçün çox vacib manevr idi. Manor-da da gözəl mövsüm keçirtdi və indi özünü burada göstərəcəyinə əminəm.
Esteban da keçən mövsüm yaxşı çıxış etdi. Qısa müddət yarışsa da, özünü yaxşı tərəfdən göstərdi və Force İndia-ya transfer olundu. Onun üçün çox önəmli təcrübə olacaq. Ümid edirəm ki, iki sürücümüz də inkişaf etməyə davam edərlər”.