F-1.az xatırladır ki, Rosberq karyerasını bitirdikdən sonra Mercedes onun yerinə Verlyaynı dəyərləndirmiş, amma gənc sürücünün təcrübəsizliyinə görə onu istəməmişdi. Sonda almanlar Rosberqin yerinə Bottası gətiriblər, Verlyayn isə Sauber-ə transfer olundu.
Toto Volff: “Düşündük ki, Paskalın Mercedes-ə gəlməsi üçün hələ tezdir. Paskal və Estabanın növbəti 3 il üçün proqramları var. Bu müddətdə bazardakı digər təcrübəli sürücüləri dəyərlndirdik. Təcrübədən başqa sürətli sürücüyə ehtiyacımız var idi. Sonda Valtteridə qərar saxladıq. İndi Valtteri komandanın gözləntilərini qarşılamalıdır. Ondan Rosberqin göstərdiyi kimi performans gözlyirik. Nikonun dövründəki atmosferi tutmaq istəyirik”.
Volff əlavə edib ki, Verlyaynın Sauber-ə getməsi Mercedes-in isveçrəlilərə mühərrik verməsi mənasına gəlmir: “Sauber ilə bağladığımız müqavilənin mühərriklə heç bir əlaqəsi yoxdur. Sauber və Ferrari arasındakı müqaviləyə hörmət edirəm. Sauber ilə iki aydır danışıqlar aparırıq. Onda Rosberq heç karyerasını bitirməmişdi”.