F-1.az xatırladır ki, finlandiyalı sürücü son 3 yarışda 3 podium qazanaraq, 61 xal toplayıb və bu statisitikada ən yaxın rəqibi Rikkardonu 6 xal qabaqlayır. Bundan başqa, 28 yaşlı sürücü komanda yoldaşı Həmiltonu son 4 yarışın 3-də qabaqlaya bilib.
Son yarışda bəzi sürücülər Bottasın erkən start aldığını düşünüsə də, FİA finlandiyalı sürücünün leqal start aldığını bildirərək, heç bir cəza tətbiq etməmişdi.
Toto Volff: “Valtteri hər yarış inkişaf etməyə davam edir. Bakıda son metrlərə qədər verdiyi mübarizədən sonra Avstriyada vacib qələbə qazandı. Bilirdi ki, poula və qələbəyə ehtiyacımız var. Özünü rahat hiss edirdi. Karyerasının ən yaxşı startını alaraq, qalib gəldi. Hər şeyə fokuslanır və beləliklə, fərq yarada bilir”.