F-1.az xatırladır ki, Mercedes 2010-cu ildə idmana girsə də, 2010-2012-ci illərdə Mühəndislər Kubokunda 4-5-ci yeri tutmuşdular. Lakin “gümüşü oxlar” 2014-cü ildən etibarən çempionluqları sıralayırlar. 2014-2018-ci illərdə ardıcıl 5 çempionluq qazanan Mercedes bu il də ilk 5 yarışda qələbə dublu edərək, maksimum xalları toplayıb.
Tsetşe bu həftə təqaüdə çıxacaq.
Toto Volff: “Sənin kimi bir qrupa liderlik edən başqa rəhbər yoxdur. Bizi sərbəst buraxdın və icazə verdin ki, bu markanı təmsil edək. Biz də bunu şərəflə və məsuliyyətlə yerinə yetirdik. 2010-2012-ci illərdə maşın zəif olanda fırtınanın içində mübarizə apardın. 2013-cü il də mükəmməl deyildi. Daimler-in rəhbəri olaraq Formula1-ə sadiq qaldın və indi bunun bəhrəsini görürük. Sənin də bizimlə olmağın mükəmmək idi. Bu bünövrəni sən qoydun. Bütün təriflərə layiqsən”.