F-1.az xatırladır ki, Pirelli şirkəti qış testlərində həddən artıq qızdırma problemi yaşadıqdan sonra yeni asfaltlanmış traslara daha nazik qatlı təkərlər gətirmək qərarı almışdı. Eyni təkərlərdən Silverstoun və Pol Rikar traslarında da istifadə ediləcək.
Toto Volff: “Bunlar boş söhbətlərdir. Testlərdə bütün komandalarda təkər problemi oldu. Red Bull, Ferrari, biz və, hətta, McLaren də bu problemlə üzləşdi. Bu təkərlər yarış tempinə dözə bilməzdilər. Hava çox soyuq olduğu üçüb Pirelli təkərlərin qalınlığını azaltdı və dağılmağın qarşısı alındı. Bu həftə belə problemlə qarşılaşmadıq. Belə dedi-qoduların niyə çıxdığını bilmirəm. Guya biz Pirelli və FİA-ya təsir edib təkərləri dəyişdirmişik. Belə hallar heç vaxt nəticə verməyib. Niyə belə qərar alsınlar? Keçmişdə zəif olanda işimizlə məşğul olduq. Rəqiblərin səhvlərindən danışmadıq.
Bolidi birdən gücləndirməmişik. Sadəcə bolidi və təkərləri doğru aralıqda işlədə bildik”.