F-1.az xatırladır ki, “gümüşü oxlar” 2012-ci ildən etibarən Çində pouldan start almışdılar, lakin bu gün Ferrari ilk cərgəni alaraq, almanların uğurlu seriyasına son qoyub.
Toto Volff: “Təbii ki, məyusam. Ferrari-nin bu qədər güclü olduğunu gözləmirdik. Bütün gün ərzində güclü idilər. Sıralanma turunda hər şeyi yaxşı etdilər. Biz isə düşünməliyik. Çox qəribə haldır. Asfaltla ilişmə zəifdir. Təkərlər düzgün aralıqda işləmirlər. Ya çox qızırlar, ya da heç qızmırlar. Məncə, təkər problemi yaşayırıq.
Sabah hava daha isti olacaq. Ümid edirəm ki, sazlanmalarımız yaxşıdır və tempimiz Ferrari-dən güclüdür. Əgər lazımi qədər sürətli olsaq, strategiyaya ehtiyac qalmaz”.