F-1.az xatırladır ki, “gümüşü oxlar” mövsümöncəsi qış testlərində əsasən Medium təkərlərlə işləmişdilər.
Toto Volff: “HyperSoft təkərlərdən istifadə etmədik, çünki onların ömrü bir dövrədir. Testlərdə isə məlumat toplamaq və sazlanmaları yoxlamaq lazımdır. HyperSoft təkərlər UltraSoft-un daha yaxşı asfaltla ilişənidir. Sıralanma turu üçündür və biz də inkişafa fokuslanmağı seçdik. Onu ilk dövrələrdə istifadə edəcəksiniz və sonra yaşamaq uğrunda mübarizə aparacaqsınız.
Pirelli-nin təkərlər arasındakı verdiyi fərqə inanmıram. Tərkiblər arasındakı fərq çox kiçik görünürdü. Bir tərkiblə digəri arasında 0.1-0.2 saniyə fərq var idi. Bəzən isə heç yox idi. Williams kimi komandalarda fərq hiss olunmadı”.