F-1.az xatırladır ki, Mercedes sürücüləri Ferrari sürücülərindən yarım saniyə geridə qalaraq 3-cü və 4-cü yerləri tutublar.
Toto Volff: “Ferrari sürücüləri yüksək güc rejimində dövrələr vururdular. Buna görə narahat deyilik. Əla dövrə vurdular. Komandalar bir-birilərinə çox yaxındırlar. Fərqlər barədə bir söz deyə bilmərəm.
Ferrari-nin nəticəsi təsiredici idi. GPS məlumatlarımız var və bütün bolidləri izləyə bilirik. Düzlüklərdə birdən sürətlənirlər. Döngələrdə isə stabildirlər. Ancaq telemetriyada bunu görə bilərsiniz”.