F-1.az xatırladır ki, almaniyalı sürücü İspaniya və Azərbaycan yarışlarında 5 xal qazanıb və bir neçə dəfə sıralanma turunda ikinci sessiyaya qala bilib. Lakin isveçrəlilər 23 yaşlı sürücünün bu əziyyətini qiymətləndirməyərək komandadan göndəriblər və yerinə sonuncu Formula2 çempionu Şarl Lekleri gətiriblər. Hazırda yeganə boş yer Williams komandasında qalsa da, həmin yer üçün əsas favorit Sergey Sirotkindir.
Toto Volff: “Paskal çətin vəziyyətdədir. Williams da qapıları bağlasa, başqa yer qalmayacaq. O, Formula1-də yarışmağa layiqdir, çünki çox güclü sürücüdür.
Çox gözəl performans göstərsə də, bəzi səbəblərə görə onun üçün müəyyən qapılar açılmadı. Amma onda yüksək potensial var”.