F-1.az xatırladır ki, almaniyalı sürücü 2010-2012-ci illərdə Mercedes-lə Formula1-ə qayıtmış və 2012-ci ilin sonunda yenidən idmandan ayrılmışdı. Komanda Şumaxerlə uğur qazana bilməsə də, 2013-cü ildə bir neçə dəfə poul və qələbə qazana bilmişdi. Lakin almaniyalılar 2014-cü ildən bəri hər mövsüm hər iki cəbhədə çempionluğu əldən verməyiblər.
Toto Volff: “Mixael həyatımın və Mercedes-in bir parçasıdır. Həmişə qəlbimizdədir. Mənim üçün bütün dövrlərin ən güclü sürücüsüdür. O, məsləhətçimiz idi və onun üçün darıxırıq. Mixael Mercedes-in uğurlarının təməlini atan adamlardan biridir. 2010-2012-ci illərdə komandanın yenidənqurulmasında iştirak etdi və hazırkı uğurların əldə olunmasına kömək etdi”.