T.Volff: “Sıralanma turu formatının dəyişilməməsi fiaskodur”

Mercedes Motorsport-un başçısı Toto Volff bildirib ki, ələnmə metodlu sıralanma turunun hələ də dəyişdirilməməsi Formula1 üçün böyük bir fiaskodur.

F-1.az xatırladır ki, Berni Ekklstoun və Jan Todt Bəhreyndə bazar günü səhər tezdən komanda rəhbərləri ilə görüş keçirsələr də,  görüşün bir nəticəsi olmayıb. Komandalar bu iclasda 2015-ci ildəki sistemə qayıtmaq istədiklərini desələr də, Jan Todt və Berni Ekklstoun bu təklifi rədd ediblər. İndi isə ortaq məxrəc metodlu sıralanma turu haqqında düşünülür. Bu formatda sürücülərin sıralanma turunun hər bir sessiyasında yekun nəticəsi atdıqları iki dövrənin ortaq nəticəsinə görə (nəticələr toplanıb ikiyə bölünəcək) müəyyən olunacaq. Bu təklif həftənin dördüncü günü keçiriləcək növbəti iclasda müzakirə ediləcək.

Toto Volff: “İndiyə qədər sıralanma turu barədə razılığa gəlməməyimizin bir adı var: Axmaqlıq!

Biz iclasda öz fikirlərimizi bildirdik. Bütün komandalar 2015-ci ildəki formata qayıtmaq istəyirlər. Ancaq onların fərqli planları var və orada istədiyimiz nəticəni asanlıqla almayacayıq”.

Kristian Horner: “Görək nə olacaq. FİA bəzi qaralamaların üzərində işləyir. Biz də onlara baxıb, səsimizi verəcəyik.

Amma iki yarış da yaxşı keçib. Ona görə də sıralanma turunda bu qədər qarışıqlıq yaratmağın nə mənası var?

Hazırda ən böyük qeyri-müəyyənlik startlardadır. Tək linkli ilişmə muftası digərlərindən çox fərqlənir”.

Mauritsio Arrivabene: “İclas uzun çəkdi və indi bir yol qalır. FİA-nın təklifi üzərində işləməliyik.

Hamı bilir ki, bu format ideal deyil. Ona görə də bu təklifin üzərində işləməliyik. Bu format pis görünmür”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*