F-1.az xatırladır ki, Jan Todt, Berni Ekklstoun, komandaların və Pirelli şirkətinin nümayəndələri bu gün iclas keçirəcəklər və bu iclasda sıralanma turu problemini həll etmək üçün müzakirələr aparacaqlar.
Demək olar ki, bütün komandalar hesab edirlər ki, FİA yeni formatı istifadəyə verməklə tələsib və ona görə də onlar iclasda formatın dəyişdirilməsi üçün öz iradlarını bildirməlidirlər. Amma yeni formatın necə olacağı hələ də bilinmir. Ona görə də növbəti dəfə səsvermədə fikir ayrılığı yaşana bilər.
Toto Volff bu barədə fikirlərini bildirib: “Avstraliyadan sonra Bəhreyndə də eyni formatdan istifadə etdik, amma artıq bu formata təkcə biz yox, hamı nifrət edir. Ona görə də bu problemi həll etməiyik.
Kim bizə bu problemi həll etməkdə əngəl olsa, onu ağır şəkildə cəzalandırmaq lazımdır.
Hər şey göz qabağındadır. Xoş niyyətli bir addım atdılar, amma səhv addım idi. Artıq bu səhvi düzəltmək vaxtıdır.
Mən bu barədə Jan Todtla söhbət etdim. O, fərqli üsullar fikirlləşir, amma mən düşünürəm ki, keçənilki formata qayıtmalıyıq. Biz yeni formatı artıq Çində istifadə etmək istəmirik”.
Qeyd edək ki, Force İndia komandasının rəsmiləri də bildiriblər ki, bu formatı dətişdirmək lazımdır…