F-1.az xatırladır ki, brutaniyalı sürücü cümə günü Silverstouna yaxın olan komandasının bazasına getmiş və simulyatorda əlavə məşqlər etmişdi. Bunun nəticəsində slralanma turunda 1-ci olan yeddiqat Dünya Çempionu sprint yarışına birinci yerdən başlamışdı.
Bazar günü isə Həmilton yarışı qazanaraq, beşyarışlıq qələbə həsrətinə son qoydu.
Toto Volff: “Düzdür, Həmilton keçmişdə simulyatoru heç sevmirdi. Ancaq simulyatorumuzu təkmilləşdirdik və ən yaxşı səviyyəyə gətirdik. O da bunun faydalarını görməyə başladı. Hazırda biz çətin mübarizədəyik və buna görə də hər şeydən istifadə etməliyik”.