T.Volff: “Sevinmirəm”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Ferrari ilə fərqi artırsalar da, bu həftəsonu çox temp itiriblər.

F-1.az xatırladır ki, Həmilton yarışa pouldan başlasa da, yarışda Ferstappeni arxasında tuta bilməyərək, ikinci yerlə barışmalı olub. Britaniyalı sürücünün yarış ərzində tempi Rikkardo və Fetteldən çox zəif olub. Mercedes-in digər sürücüsü Valtteri Bottas isə yarışı 5-ci yerdə bitirib.

Toto Volff: “Sözün açığı, sevinmirəm. Sadəcə Ferrari-dən çox xal aldığımız üçün yaxşı hiss etməməliyik. Bu həftəsonu ən sürətli 3-cü bolid idik və bu böyük problemdir. Ferrari-dən yarım saniyə yavaş idik və Maks bütün yarışı yüksək tempdə sürsəydi, ondan da dövrə başına yarım saniyə geridə qalacaqdıq. Təkərlərdə problemimiz böyük idi və bunun səbəbini tapmalıyıq. Sinqapurda zəif olmağı gözləyib qələbə qazandığımız halda, burada vəziyyətin tərsinə dönməsi qəbul olunmazdır. Suzuka bizim üçün daha əlverişli trasa bənzəyir. Orada böyük ehtimalla sürətli olacağıq. Amma ora getməmişdən əvvəl Malayziyada baş verənləri dəyərləndirməliyik”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*