T.Volff sərt danışıb

Mercedes komandasının rəhbəri Toto Volff bildirib ki, FİA Red Bull-a ağır cəza verməsə, növbəti mövsüm onlar da büdcə limitini aşacaqlar.

F-1.az xatırladır ki, 2021-ci ilin maliyyə raportuna görə Red Bull büdcə limitini keçib. Avstriya təmsilçisinin limitləri 5 faiz aşdığı bildirilib. Bu isə 7.5 milyon dollara bərabərdir. “Qırmızı öküzlər”ə hansı cəzanın veriləcəyi isə məlum deyil.

De Telegraaf-ın məlumatına görə isə Red Bull büdcəni 1-2 milyon dollar arasında keçib. Bunun da əsa hissəi yemək və məzuniyyətə çıxmış işçilərin xərcləridir. Əgər limiti doğrudan da bu səbəblərə görə keçilibsə, pul bolidin inkişafı üçün xərclənmədiyindən cəza yüngül ola bilər. Yox, pul bolidin inkişafına xərclənibsə, Red Bull-u daha ağır cəza gözləyir.

Toto Volff: “Red Bull limiti 2 milyon dollar məbləğində keçsəydi, FİA onun 5 qatı qədər cərimə verib 10 milyon dollar alardı. Lakin bu ədalətli deyil. Belə çıxır ki, gələcəkdə pulunu ödəyən saxtakarlıq edə bilər. Onlara yüngül cəza gəlsə, Mercedes-in inkişafı üçün limiti keçib, sonra cərimə ödəməyə hazırıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*