F-1.az xatırladır ki, Mercedes komandası 2014-cü ildə turbo erası başladıqdan sonra ilk dəfədir ki, mövsümün ilk iki yarışından qələbəsiz qayıdırlar.
Toto Volff: “İki yarışdır ki, bir bolidlə zərəri minimuma endiririk, digəri ilə qələbəni əldən veririk. Bu yarışlarda kiçik fərqlərlə məğlub olduq və məyusuq. 2018-ci ildə komandalar bir-birlərinə çox yaxındırlar. İki yarışda da hər iki komandanın üstün və zəif tərəflərini görürük. Bəhreyndəkini problemlərin səbəbini təhlil edib, Çinə qədər hazır olmalıyıq. Ardıcıl yarışları sevirik. Beləliklə, növbəti yarış üçün gözləmirik. Şanxay trasında əvvəlki illərdə yaxşı nəticələr almışıq və bu il də güclü olmaq istəyirik”.