F-1.az xatırladır ki, Niko Rosberq dekabrda istefa verdikdən sonra ispaniyalı sürücü də Mercedes-in transfer siyahısına düşmüşdü. Lakin Red Bull komandası gənc sürücünün transferinə icazə verməmişdi.
Toto Volff: “Karlos artıq yüksək səviyyədə yarışmağa hazırdır. Onu sevirəm. Çox yaxşı insan və istedadlı sürücüdür. Saynsda müasir sürücünün bütün keyfiyyətləri var – yaraşıqlı, ağıllı və sürətli. Onun kimi sürücünü bütün komandalar istəyər. O, hazırda Red Bull-un sürücüsüdür və gələcəyinə onlar qərar verəcəklər. İstəyərəm ki, Saynsın gözəl karyerası olsun. Ümid edirəm ki, hər şey istədiyi kimi gedər və çox arzuladığı komandalardan birinə transfer olunar”.