F-1.az xatırladır ki, Mercedes komandası Soçidə keçirilmiş hər 3 yarışda qalib gəlib və bunların ikisində dubl edib.
Amma Volff bildirib ki, yeni mövsümdə bu ənənəni davam etdirmək çətin olacaq: “Soçi Saxirə nisbətən fərqli trasdır və bu il də yeni qaydalara görə heç nəyi əvvəldən proqnozlaşdıra bilmirik. Rusiyada əvvəlki illərdə qalib gəlmişik, amma Ferrari kimi rəqib olduğu halda, əvvəldən qələbə barədə danışmağın doğru olduğunu düşünmürəm. Yavaş-yavaş inkişaf edəcəyik. Həftəsonuna yaxşı başlayacağıq və ümid edirəm ki, bazar günü ən yaxşı nəticəni biz qazanarıq”.