T.Volff: “Rosberqin piti saniyə ölçənə görə gecikdi”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Niko Rosberqin 5 saniyə cəzasənda vaxt itirməsinin səbəbi saniyə ölçən cihazdakı problem olub.

F-1.az xatırladır ki, Niko Rosberq ikinci pit-stoplardan sonra Maks Ferstappen ilə yaşadığı insidentə görə 5 saniyə cəza aldı. Mercedes bu cəzanı sonuncu pit-stoplar zamanı çəkməyi qərara aldı. Komanda sonuncu pitdən əvvəl 5 saniyə gözləməli idi, amma saniyə ölçən cihazdakı səhvə görə almaniyalı sürücü 8 saniyə gözləməli oldu.

Komandanın rəhbəri Toto Volff problemin səbəbini səniyə ölçənin səhv işləməsinə bağlayıb: “İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Bir Formula1 komandası belə saniyə ölçənlə bağlı problem yaşaya bilər. Hadisə bundan ibarətdir. Cəzanı çəkdiyimizdən əmin olmaq istədik. Amma nəticədə bir az çox vaxt itirdik.

Rosberq yarışa pis start verdi. Bundan sonra isə bolidində temp yox idi. Pit-stopda da gecikdikdən sonra vəziyyət belə gətirdi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*