F-1.az xatırladır ki, Rosberq 2015-ci və 2016-cı illərdə çempionluq mübarizəsində Həmiltona uduzmuş, amma 2016-cı ildə stabil çıxış edərək ilk Dünya Çempionluğunu qazanmışdı.
Toto Volff: “Nəticələr Nikonun bu il ən güclü sürücü olduğunu göstərir. O hazırda peletondakı ən yaxşı sürücüdür. Son yarışlarda peşəkar davrandı və streslə mübarizə apara bildi. Xüsusən də, mövsümün əvvəlində qazandığı 4 yarış mükəmməl idi. Burada çempionluğun bünövrəsini qoymuşdu və mövsümün sonunda stabilliyini qoruya bildi.
Bu qərarı təbii ki, hamımızı təəccübləndirdi və məyus etdi, amma onu da başa düşürəm.
O əvvəldən Mercedes-in inkişafında böyük rol oynadı və komandanın bu günlərə gəlməsində payı çox böyük idi. Niko bu ailənin önəmli parçasıdır və ona qapılarımız həmişə açıq olacaq”.