T.Volff Rosberq və Həmiltonun arasındakı münasibətin gələcəyindən narahatdır

Son dövrlərdə ikilinin münasibətləri yaxşı görünür, lakin komandanın rəhbəri mövsümün sonunda problemlərin yaşana biləcəyini düşünür.

F-1.az xatırladır ki, Avstriya Qran Prisində baş verənlərdən sonra rəhbərlik komanda daxilində bəzi qaydaları dəyişdirmiş, bundan sonra Niko və Lyuis bir-biriləniə qarşı heç bir səhv etməmişdilər.

Toto Volff: “Geridə qoyduğumuz illərdəki psixoloji mübarizə artıq yoxdur. Münasibətləri yaxşıdır, amma bunun sona qədər davam edəcəyinə şübhəm var. Çünki hər ikisi eyni ünvan uğrunda vuruşur. Düzünü desək, nələrin olacağını gözləyirəm. Mövsümün sonuna yaxınlaşırıq. Hər ikisi çempion da ola bilər, uduza da bilər. Növbəti gün peşman olacaqları sözlər deyə bilərlər”.

 

 

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*